Hindistanda 13 koronavirus xəstəsi yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda 13 koronavirus xəstəsi yanaraq öldü

Hadisə

23 Aprel 2021 09:18 433


Hindistanın Maxaraştra ştatında xəstəxanalardan birində baş vermis güclü yanğın nəticəsində reanimasiya şöbəsinin azı 13 pasiyenti həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə ANI informasiya agentliyi bildirib.

Məlumata görə, yanğın koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanada baş verib. Xəstəxananın digər pasiyentləri yaxınlıqdakı tibb müəssisələrinə köçürülüblər. Dominos pizza

Yanğınsöndürənlər alovu söndürmək üçün təxminən iki saat vaxt sərf ediblər. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, bu, son günlər Hindistanda xəstəxanada baş vermiş növbəti bədbəxt hadisədir.

Aprelin 21-də bu ştatın başqa xəstəxanasında oksigen sızması baş verib. Nəticədə süni tənəffüs aparatlarına qoşulmuş 22 pasiyent həlak olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!