Hindistanda bir gündə 103 min adam koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda bir gündə 103 min adam koronavirusa yoluxdu

Dünya

05 Aprel 2021 14:33 729


Hindistanda son 24 saat ərzində 103 558 nəfərdə koronavirus faktı aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, əhalisinin sayı 1 milyard 366 milyon olan ölkədə COVID-19 səbəbilə ölənlətin sayı 165 132-yə yüksəlib. Epidemiya meydana çıxdığı gündən indiyədək olan yoluxma sayı isə 12 589 067-dir.

Qeyd edək ki, hazırda Hindistanda 741 799 aktiv virus daşıyıcısı var. pizza hut

Ölkədə yoluxmadakı artım səbəbilə yenidən karantin rejimi tətbiq olunur. Bu gündən aprel ayının sonunadək küçəyə çıxma qadağası hökm sürəcək. İctimai nəqliyyat 50 faizlik tutumla çalışacaq, restoranlar, özəl ofislər, restoranlar, kinoteatrlar, hovuzlar, barlar, ibadət yerləri və çimərliklər bu müddət ərzində bağlı qalacaq. Digər tərəfdən, bankların həftədə 2,5 saat xidmət göstərəcəyi bildirilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!