Hindistanda odun yığan qadın 4 karatlıq almaz tapdı

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda odun yığan qadın 4 karatlıq almaz tapdı

Maraqlı

29 İyul 2022 13:28 1195


Hindistanın Madhya-Pradeş ştatının sakini Cenda Bai meşədən odun yığarkən 4 karatlıq almaz tapıb. 

“Report” xəbər verir ki, məlumatı “New York Post” yayıb.

Bildirilib ki, Cenda Bai odunu satıb, evini təmir etmək istəyirmiş. O, meşədə parlaq bir daş görüb. Daşı götürərək evə qaçıb. Tapdığı əşya barədə ərinə məlumat verib. Ər-arvad yerli zərgərə müraciət ediblər. Anupamu Sinkh adlı zərgər daşın almaz olduğunu bildirib. pizza hut

Ailə bu daşa yaşadıqları evi təmir etməklə yanaşı, qızlarının toyunu da edəcəklər. Bailərin 4 oğlu və iki qızı var. Tapıntı onların yalnız maliyyə problemlərini həll edəcək.

Almazın 25 min ABŞ dolları dəyərində olduğu bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!