Hindistanda “qara göbələk” xəstəliyi epidemiya elan olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda “qara göbələk” xəstəliyi epidemiya elan olunacaq

Dünya

20 May 2021 17:41 2876


Hindistan hökuməti tibbi adı mukormikosis (“Mucormicosis”) olan “qara göbələk” xəstəliyinin epidemiya elan olunması üçün bir sıra ştatlara müraciət edib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Ailə Rifahı Nazirliyinin sözçüsü Lav Aqarval (Lav Agarwal) bildirib. Onun dediyinə görə, bir çox bölgələrdə COVID-19-a yoluxan, xüsusilə də şəkəri olan xəstələr arasında getdikcə yayılan mukormikosis həmin xəstələr arasında ölüm faizini daha da artırır. Bu xəstəliyin müalicəsi üçün kompleks tədbirlərin göstərilməsinə ehtiyac olduğu vurğulanıb.

Ölkənin qərbindəki Maharaştra ştatında “qara göbələy”ə 2 minədək insanın yoluxduğu, 90 nəfərin isə öldüyü bildirilir. Həmçinin Racasthan, Nəryana, Telənqana ştatları “qara göbələyi” epidemiya elan edərək bu barədə mərkəzi hökumətə bildiriblər. Nəryanada 115, Telənqana ştatında azı 150 nəfərin, paytaxt Yeni Delhidə isə 130 nəfərin yoluxduğu üzə çıxıb. Marqarita pizza

Göbələyə qarşı amfoterisn B dərmanı üçün artıq bir neçə ştat müraciət edib.

Hindistanın tanınmış eksperti, Delhidəki Ağciyər Xəstəlikləri Fondunun təsisçisi Arvind Kumar “qara göbələyin” daha çox uzun müddət steroid qəbul edən koronavirus və şəkər xəstələrində görüldüyünü diqqətə çatdırıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!