Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

Dünya

15 Sentyabr 2025 21:18 367


2025-ci ilin iyununda "Air India" şirkətinə məxsus "Boeing 787" təyyarəsinin qəzasından sağ çıxan yeganə şəxs uçmaqdan çox qorxduğu üçün heç vaxt Böyük Britaniyaya qayıtmaya bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib.

Məlumata görə, Lesterdən olan iş adamı, "Air India" qəzasından yeganə sağ çıxan 40 yaşlı Vişvaş Kumar Rameş hələ də Hindistanda qalmağa davam edir və ailəsinin dediyinə görə, uçmaq qorxusu səbəbindən çətin evə qayıda bilsin. Marqarita pizza

Rameş özünün 11A oturacağından dağıntılar altından xilas ola bilib, lakin döş qəfəsindən xəsarət alıb və üzündə kəsiklər olub. Onun arvadı Hiral ərinə dəstək olmaq üçün dörd yaşlı oğlu ilə Hindistana uçsa da, daha sonra Böyük Britaniyaya qayıdıb. Qadının sözlərinə görə, əri hələ də müalicə alır və konsultasiyalardan keçir.

Rameşin qaynı qeyd edib ki, ailəsi onun Lesterə və ya Londona dönə biləcəyinə inanmır. "Düşünürəm ki, o, orada qalacaq, çünki o, yenidən təyyarəyə minməkdən çox qorxur", - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!