Hindistanda seçkiqabağı mitinqdə izdiham baş verdi - 40 ölü

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda seçkiqabağı mitinqdə izdiham baş verdi - 40 ölü

Dünya

28 Sentyabr 2025 17:08 324


Hindistanda aktyor və siyasətçi Cozef Vicayın seçkiqabağı mitinqində baş verən izdiham nəticəsində 40 nəfər həlak olub.

Oxu.Az bu barədə "India Today" nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, ölənlər arasında 10 uşaq da var. İzdiham Cozef Vicayın gəlişinin gecikməsi səbəbindən baş verib. pizza mizza

Nəşrin məlumatına görə, mitinqdə 10 min nəfərin iştirak etməsi gözlənilirdi.

Lakin nəticədə Karur şəhərindəki meydanda 27 min nəfər toplanıb. Bir çox mitinq iştirakçısı isti havada saatlarla yemək və sudan məhrum qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!