Hindistanda təhlükəli “Nipah” virusu yayılmağa başladı   - Yarasalardan yoluxur

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda təhlükəli “Nipah” virusu yayılmağa başladı - Yarasalardan yoluxur

Dünya

05 Sentyabr 2021 21:27 983


Hindistanın Kerala əyalətində təhlükəli Nipah virusu yayılmağa başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə NDTV televiziyası məlumat yayıb. Xəstəlik nəticəsində 12 yaşlı bir oğlanın öldüyü, daha iki nəfərdə isə xəstəliyin simptomları aşkarlandığı bildirilib.

Hökumət təcili olaraq Milli Xəstəliklərə Nəzarət Mərkəzindən olan mütəxəssis qrupunu Keralaya göndərib. Mütəxəssislər, xəstələri izləmək və xəstələrlə təmasda olan hər kəsi təcili karantinə almağın vacib olduğunu söyləyib.i. Sezar pizza

Qeyd edək ki, “Nipah” virusu ilk dəfə 1998 -ci ildə Malayziyada tapılıb. Virus peyvənd olunana qədər beynin iltihabına və ağır tənəffüs xəstəliklərinə səbəb olur və 70 faiz ölümlə nəticələnir. Yarasalar xəstəliyin əsas daşıyıcıları hesab olunur./Yeniavaz


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!