Hindistanda yeni virus: Tülkülər və siçanlar yayır

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda yeni virus: Tülkülər və siçanlar yayır

Dünya

11 Sentyabr 2021 09:59 635


Hindistanın Karnataka ştatının səlahiyyətliləri qonşu Kerala ştatında təhlükəli nipah virusunun aşkarlanmasından sonra bir neçə rayonda yüksək hazırlıq rejimi elan ediblər.

Yenisabah.az xəbər verir ki, daha əvvəl Hindistanın Kerala ştatında 11 nəfərdə ölümcül nipah virusunun simptomlarının aşkarlandığı, vəziyyətlərinin stabil olduğu bildirilmişdi. Bu insanların hamısı nipah virusundan ölən 12 yaşlı bir oğlanla təmasda olmuşdular. Uşağın ölümündən sonra ştatın həkimləri onunla təmasda olan 251 nəfəri yoxlamağa başladılar.

Karnatakanın Səhiyyə Nazirliyinin təlimatlarında bildirilib ki, Keraladan gələnlərdə hərarət, psixi dəyişikliklər, şiddətli halsızlıq, baş ağrısı, tənəffüs çatışmazlığı, öskürək, qusma, əzələ ağrısı, sancılar və ishal kimi simptomlar izlənilməlidir. pizza sifarişi

“Ria Novosti"nin yazdığına görə, nipah virusu uçan tülkülər və siçanlar tərəfindən yayılır. Virus adətən yoluxmuş heyvanın tüpürcəyi ilə çirklənmiş meyvəni yeyən insanlara ötürülür. Ümumdünya Səhiyyə Təşkilatı bu virusu dünyanın ən təhlükəli viruslarından biri adlandırır, bunun üçün nə dərman, nə də vaksin yoxdur və xəstəliyin ölüm nisbəti 40-75% arasında dəyişir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!