Hindistanda dünyanın ən böyük dini tədbiri hesab edilən "Kumbh Mela" festivalı başa çatıb. 45 gün davam edən festivalda ümumilikdə 640 milyondan çox insan iştirak edib.
Yenisabah.az xəbər verir ki, möhtəşəm tədbir müqəddəs hesab edilən Qanq və Yamuna çaylarının qovuşduğu Prayagraj şəhərində keçirilib. 13 yanvarda başlayan festival milyonlarla insanın bir araya gəlməsinə baxmayaraq, izdiham səbəbindən bədbəxt hadisələrlə də yadda qalıb.
29 yanvarda baş verən sıxlıqda 30 nəfər həyatını itirib, eləcə də festivalın təşkil olunduğu şəhərə yollanan izdihamın qatarı tutmaq üçün Yeni Dehlidə yaratdığı basabasda 18 nəfər dünyasını dəyişib. Pepperoni pizza
Buna baxmayaraq, festival ümumilikdə uğurlu hesab edilir və Baş nazir Narendra Modinin Hindu millətçiliyinə əsaslanan siyasətinə dəstək verdiyi bildirilir.
Kumbh Mela hər 12 ildən bir keçirilən ənənəvi festivaldır. Bu il təşkil olunan tədbir isə 144 ildən bir keçirilən "Maha Kumbh Mela" idi. Festival UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız