Hipermarketə basqın zamanı öldürülən Rüfət Həşimov dəfn olundu 

saytların hazırlanması

Evə çatdırılma

Hipermarketə basqın zamanı öldürülən Rüfət Həşimov dəfn olundu 

Maraqlı

05 Mart 2023 12:28 899


Dünən Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu dəfn olunub. 

"Report" xəbər verir ki, mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb. 

Qeyd edək ki, martın 4-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.  Marqarita pizza

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. 

Görülən tədbirlərlə o, zərərsizləşdirilib. 

Xatırladaq ki, insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb. 

Mərhum Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi iştirakçısıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!