Hirkan milli parkında ilk veloyürüş - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Hirkan milli parkında ilk veloyürüş - Fotolar

Sosial

12 Noyabr 2019 08:02 1037


Azərbaycanın Dövlət Bayrağı və Konstitusiya günləri ilə əlaqədar noyabrın 11-də Hirkan milli parkında “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında ilk veloyürüş keçirilib.

"Yeni Sabah” xəbər verir ki, yürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının, Respublika Olimpiya Velosiped məktəbinin nümayəndələri və həvəskar velosipedçilər  iştirak edib. 344 velosipedçinin qatıldığı tədbirdə 10 km məsafə qət olunub.

Hirkan milli parkının direktoru Azər Mirzəyev bildirib ki, veloyürüşün keçirilməsində məqsəd milli parklarda ekoturizmin inkişafına nail olmaq, insanları ətraf mühitin qorunması, sağlamlaşdırılması tədbirlərinə dəstək olmağa çağırmaq, sağlam həyat tərzini və sağlam istirahət günü ənənəsini təbliğ etməkdir.  pizza sifarişi

“Hamıya tövsiyə edirəm ki, yaşından asılı olmayaraq velosiped sürsünlər, sağlam həyat yaşasınlar. Sağlam bədən sağlam ətraf mühitdə formalaşır, ona görə də sağlam olmaq üçün hamı velosiped sürsə, yaxşıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!