Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə Milli Parkın,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Marqarita pizza
Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Telegram kanalımız