Hirkan Milli Parkındakı yanğın lokallaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Hirkan Milli Parkındakı yanğın lokallaşdırıldı

Hadisə

16 Yanvar 2021 22:15 656


Hirkan Milli Parkının Astara rayonu ərazisində - yüksək dağlıq sahədə baş vermiş yanğın lokallaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib:

“Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması odun söndürülməsində müəyyən çətinliklər yaratsa da, artıq yanğının lokallaşdırılmasına nail olunub”. Dördpendirli pizza

Nazirlik rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!