Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Yeni Sabah"a verilən məlumata görə, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.
Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. pizza mizza
Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.
ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.
Telegram kanalımız