Hizbullah lideri Həsən Nəsrullahın İsrailin hücumunda həlak olmasından sonra təşkilatın yeni liderinin kim olacağı hər kəsi maraqlandırır.
Yenisabah.az xəbər verir ki, Əl-Ərəbiyyə mövzu ilə bağlı diqqətçəkən bir iddia ortaya atıb.
Hizbullahın yeni liderinin Nəsrullahın əmisi oğlu Haşim Səfiəddin olduğu iddia edilib. Səfiəddin 2020-ci ildə öldürülən İran İnqilab Keşikçiləri Korpusunun lideri Qasım Süleymaninin qudası kimi də tanınır. Haşim Səfiəddinin oğlu Rıza 2020-ci ildə Kasım Süleymaninin qızı Zeynep Süleymani ilə ailə həyatı qurub. pizza
Safiyəddin Hizbullahın siyasi işlərinə rəhbərlik edən İcraiyyə Şurasının rəhbəridir. O, həm də hərbi işləri idarə edən Cihad Şurasının üzvüdür. Səfiəddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun Əl-Nəhr şəhərində anadan olub. Livanın tanınmış ailələrindən birinə mənsub olan Səfiəddin gənclik illərində İranın müqəddəs Qum şəhərində dini təhsil alıb. Hizbullahın keçmiş təhlükəsizlik rəhbəri Emad Muğniyənin rəhbərliyi altında o, Həsən Nəsrullaha yaxın fiqurlardan birinə çevrilib. O, 1994-cü ildə Beyruta qayıdıb və təşkilatın daxili işlərinin idarə olunmasına nəzarət edən Hizbullahın İcraiyyə Şurasının sədri vəzifəsində çalışıb.
2017-ci ildə ABŞ Səfiəddini partiyadakı görkəmli rolu və həm hərbi, həm də icraçı qanadlarla sıx əlaqələri səbəbindən “terrorçular” siyahısına daxil edib.
Aytac Şahin
Telegram kanalımız