Hökməli qəsəbəsində yeni məktəbin açılış mərasimi keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Hökməli qəsəbəsində yeni məktəbin açılış mərasimi keçirildi - Fotolar

Sosial

15 Sentyabr 2025 21:54 1057


15 sentyabr – Bilik günü münasibətilə Abşeron rayonunun Hökməli qəsəbəsində yeni inşa olunmuş tam orta ümumtəhsil məktəbinin açılış mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, açılışda Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.

Çıxış edən Elm və Təhsil nazirinin müavini İdris İsayev ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə yüzlərlə müasir məktəbin istifadəyə verildiyini vurğulayıb, Hökməli məktəbinin də şagirdlər üçün geniş imkanlar yaradacağını bildirib. Marqarita pizza

Sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, Abşeron rayonunda təhsil infrastrukturu sürətlə inkişaf edir və yeni məktəbin istifadəyə verilməsi şagirdlərin tədris şəraitinin daha da yaxşılaşmasına mühüm töhfə verəcək.

Ardınca çıxış edən “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə təhsilin hər bir sahədə tərəqqinin əsası olduğunu bildirib, müəllimlərin fədakar əməyini yüksək qiymətləndirərək şagirdlərə dərslərində uğurlar arzulayıb.

Qeyd olunub ki, müasir standartlara uyğun inşa edilən məktəb binası 1200-dən çox şagird yerlikdir. Təhsil ocağında laboratoriyalar, İKT kabinetləri, kitabxana, idman zalları, açıq idman meydançaları və inklüziv təhsil üçün xüsusi otaqlar yaradılıb.

Yeni məktəbin istifadəyə verilməsi rayon ərazisində şagird sıxlığının azaldılmasına, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!