Hökməlidə 11 yaşlı qız itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Hökməlidə 11 yaşlı qız itkin düşdü

Hadisə

30 May 2024 12:02 601


Ötən gün Abşeron rayonunun Hökməli kəndində 11 yaşlı məktəbli itkin düşüb.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, o, Hökməlidən avtovağzala gəlmək üçün 156 saylı avtobusa minib.

"Avtovağzaldan isə 91 saylı avtobusla 299 nömrəli məktəbə getməli imiş. Təxminən saat 16 radələrində uşağın məktəblinin valideynlərinə onun məktəbə gəlmədiyi ilə bağlı məlumat verilib. Bundan sonra isə axtarış elan olunub", - deyə məlumatda bildirilir.  pizza mizza

DİN Mətbuat Xidməti İdarəsinin əməkdaşı Nurlan Əliyev faktı təsdiqləyib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən azyaşlının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!