Hökməlidə oğul anasını diri-diri yandırdı -   Psixoloq narkotikin  qorxunc təsirlərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Hökməlidə oğul anasını diri-diri yandırdı - Psixoloq narkotikin qorxunc təsirlərindən danışdı

Sosial

10 İyul 2025 17:25 847


Abşeron rayonunda dəhşətli ailə faciəsi yaşanıb. Hökməli qəsəbəsində oğulun anasını yandıraraq öldürdüyü bildirilir. İddialara görə, hadisəni törədən şəxs narkotik asılılığından əziyyət çəkirmiş. Baş verən cinayət cəmiyyətdə narkomaniyanın doğura biləcəyi təhlükələrlə bağlı ciddi suallar yaradır.

Yenisabah.az mövzu ilə bağlı "Smart Recovery – Asılılıqlarla Psixoloji Xidmət Mərkəzi”nin psixoloqu Minarə Səbzəliyeva ilə əlaqə saxlayıb. O bildirib ki, hər bir psixoaktiv maddə beyində kimyəvi dəyişikliklərə səbəb olur və bu, normal funksiyaların pozulmasına gətirib çıxarır:

“İstifadə olunan maddənin növündən, saflığından, miqdarından və istifadə müddətindən asılı olmayaraq, narkotik maddə mütləq şəkildə beynin kimyasına təsir edir. Bu da öz növbəsində emosional dəyişikliklərə, ruh halında pozuntulara və hətta ağır psixiatrik xəstəliklərin yaranmasına səbəb ola bilər”. Marqarita pizza

Psixoloq qeyd edib ki, bu maddələr dopamin səviyyəsini süni şəkildə artıraraq insanda aldadıcı mükafat hissi yaradır:

“Beynin hər bir funksiyasının öz fəaliyyəti var. Lakin bu maddələr beyində dopamin ifrazını süni şəkildə artırır və istifadəçiyə saxta mükafat hissi verir. Lakin uzun müddətli istifadə zamanı dopaminin təbii ifrazı azalır və nəticədə insanda təbii mükafatlara qarşı həssaslıq itir, əsəbilik artır. Burada tolerantlıq yaranır və insan əvvəlki təsiri almaq üçün maddəyə yenidən qayıtmaq istəyir. Beynin ön hissəsində dopaminin kəskin artımı isə qərarvermə, mühakimə və qiymətləndirmə funksiyalarını pozur. Nəticədə şəxs gözlənilməz və nəzarətsiz davranışlar sərgiləyir”.

Ekspertin sözlərinə görə, digər xroniki xəstəliklərdən fərqli olaraq, asılılıq zamanı insanlar vəziyyətlərini inkar etməyə meyilli olurlar:

“Cəmiyyətdə şəkərli diabet və digər xəstəliklər inkar olunmasa da, asılılıq hallarında insanlar vəziyyətlərini qəbul etmir, istədikləri zaman maddədən uzaqlaşa biləcəklərini düşünürlər. Lakin məsələ bu vərdişdən müvəqqəti uzaqlaşmaqda deyil, ona qayıtmamaqdadır”.

Sonda o, ailələrin bu mövzuda daha həssas davranmalı olduğunu vurğulayıb:

“Ailə üzvləri yaxınlarında asılılıq əlamətləri müşahidə etdikdə tənqid və ya rişxəndlə deyil, mütəxəssis məsləhəti ilə yanaşmalıdırlar. Bu, həm maddə istifadəsinin ağırlaşmasının qarşısını alar, həm də şəxsin daha təhlükəli vəziyyətə düşməsinə mane olar”.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!