"Hökumət bütün yumurtalarını Rusiyanın səbətinə qoymadı, Türkmənistan, Pakistan və Azərbaycanla da əlaqələri inkişaf etdirdi".
Yenisabah.az "Nameh News"a istinadla xəbər verir ki, bunu iranlı mhafizəkar siyasətçi Hüseyn İbrahimi deyib.
O, İslam Respublikasının qonşu ölkələrlə münasibətlərini təhlil edərkən qeyd edib: pizza hut
“Həm hökumət elan edib, həm də sistemin ümumi siyasəti qonşularımızla yaxşı münasibət qurmaq üzərində qurulub. Rusiya Xəzərdəki şimal qonşularımızdan biridir, bu da məntiqi olaraq bizdən bu ölkə ilə düzgün münasibət qurmağı tələb edir. 13-cü hökumət (İbrahim Rəisi administrasiyası - red.) bütün istəyi Qərblə yaxınlaşmaq, Qərblə münasibəti kəsməmək olan əvvəlki hökumətdən fərqli olaraq, milli maraqlarımızı təmin etmək üçün Rusiya ilə münasibətlərimizi gücləndirməyə çalışır.
Bununla yanaşı, hökumət bütün yumurtalarını Rusiyanın səbətinə qoymayıb və üstəlik, bu ölkə Türkmənistan, Pakistan, Azərbaycan kimi digər ölkələrlə münasibətlərini inkişaf etdirib".
Telegram kanalımız