Hökumət ciddi dəyişiklik ərəfəsində - Yeni iqtisadi model hazırlanıb

saytların hazırlanması

Evə çatdırılma

Hökumət ciddi dəyişiklik ərəfəsində - Yeni iqtisadi model hazırlanıb

Siyasət

15 Aprel 2019 13:30 1051


“Azərbaycanın yeni iqtisadi modeli hazırlanır”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər TV-yə açıqlamasında bildirib. O, qeyd edib ki, yeni model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını nəzərdə tutur.

Prezidentin köməkçisi onu da bildirib ki, yeni iqtisadi model həyata keçirilən islahatların davamıdır. Əli Həsənovun sözlərinə görə, iqtisadi sahədə həyata keçirilən islahatlar artıq başlanğıc mərhələsində öz effektini verib. Bunun ən bariz nümunəsi vergi və gömrük daxilolmalarındakı artımdır. Dördpendirli pizza

Sosial islahatlardan da danışan Prezidentin köməkçisi bunun davamlı proses olduğunu deyib. Əli Həsənov əlavə edib ki, yeni sosial-iqtisadi islahat paketi xalq tərəfindən də dəstəklənir. Bunu Fransanın "Opinion Way" şirkətinin keçirdiyi sorğunun nəticələri də göstərir.

Əli Həsənovun sözlərinə görə, bütün sahələrdə islahatlar davamlı olacaq. Dövlət artan imkanlarını vətəndaşların rifahına yönəldəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!