Hökumət falçı ovuna çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Hökumət falçı ovuna çıxdı

Dünya

02 Noyabr 2024 00:56 1098


Tacikistanda 1500 cadugər və falçı, eləcə də rəsmi təhsili olmayan 5 mindən çox molla saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Məlumata görə, genişmiqyaslı basqın ritual və okkultizm ənənələrinin yayılmasına qarşı yönəldilib. Basqına səbəb Tacikistan prezidenti Emoməli Rəhmonun ölkədə xurafatların getdikcə genişlənməsindən narahatlığı olub. Dominos pizza

Respublikada, o cümlədən paytaxtda falçı və cadugərlərin xidmətləri son dərəcə populyardır. Hakimiyyət təkcə onlarla deyil, uyğun dini təhsili olmayan mollalarla da mübarizə aparır.

İnzibati məcəlləni pozan və oxşar fəaliyyətlə məşğul olanları 270 dollardan 340 dollara ( 459 manat - 578 manat) qədər cərimə gözləyir - bu məbləğ ölkədəki orta əmək haqqını xeyli üstələyir. Cinayətkar yenidən cinayət törətsə, cərimə 680 dollara (1156 manat) qədər artacaq.

Bundan əlavə, cadugərliklə məşğul olanlar üçün altı ayadək məcburi əmək növündə cəzanın tətbiqi nəzərdə tutulur./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!