Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandırdı

İqtisadiyyat

10 Yanvar 2024 23:57 1708


Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq HÖP-ün internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

"HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz", - deyə məlumatda qeyd olunub. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!