Britaniya hökuməti pandemiyadan sonra şirkətlərə verdiyi dəstək çərçivəsində seks partiləri təşkil edən şirkətə də investisiya ayırıb.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hökümət “Killing Kittens” şirkətinə vətəndaşların vergiləri ilə on minlərlə funt-sterlinq investisiya qoyub.
Dövlətə bağlı Britaniya Biznes Bankı pandemiyadan sonra “Killing Kittens”ə də hökumət tərəfindən maliyyə ayrıldığını açıqlayıb. Sezar pizza
“Killing Kittens” qadınların rəhbərliyi altında London və Nyu-York kimi böyük şəhərlərdə orgiyalar təşkil edir. Covid-19 pandemiyasında sürətlə böyüyən şirkət yalnız üzvlərdən ibarət partilərin gender əsaslı tabuların məhv edilməsini təmin etdiyini və qadınların cinsi kimliyini gücləndirdiyini bildirib.
Açıqlamaya görə, Böyük Britaniya hökuməti tərəfindən startapları dəstəkləmək üçün yaradılan “Gələcək Fondu” “Killing Kittens”ə əhəmiyyətli məbləğdə sərmayə qoyub.
2020-ci ildə Britaniya hökumət fondunun şirkətə qoyduğu 170.000 funt sterlinqlik ilkin investisiya bütün hökumət fondlarında olduğu kimi vətəndaşların vergiləri hesabına qarşılanıb.
İnvestisiya ilə bağlı açıqlama verən inkişaf bankının sözçüsü, "Müvafiq kriteriyalara cavab verən bütün müraciətlər investisiya aldı" deyə qeyd edib.
Telegram kanalımız