“Hökumət statistik məlumatları siyasi ritorikaya uyğunlaşdırır“   - Natiq Cəfərli

saytların hazırlanması

Evə çatdırılma

“Hökumət statistik məlumatları siyasi ritorikaya uyğunlaşdırır“ - Natiq Cəfərli

İqtisadiyyat

26 Dekabr 2020 13:23 845


“Azərbaycan hökuməti statistik məlumatları siyasi ritorikaya uyğunlaşdırır. Gələn il üçün yaşayış minimumu ortalama 196 manat götürülüb, bu da minimum istehlak zənbilinə əsaslanaraq hesablanır”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Hökumət minimum istehlak zənbilinin meyarlarını müəyyən edib: Sezar pizza

Çörək – ilə 136,8 kq, yəni günə 380 qram (günlük kalori normasının dolması üçün çox götürülüb), Kərə yağı – ilə 7 kq, günə 19 qram, ət və ət məhsulları (bütün növ) – ilə 32,9 kq, günə 90 qram, balıq və balıq məhsulları – ilə 7,7 kq, günə 21 qram, yumurda – ilə 150 ədəd, yəni 2,5 günə 1 ədəd, şəkər və qənnadı məmularları, şirniyyat – ilə 16,9 kq, günə 46 qram, kartof – ilə 54,8 kq, günə 150 qram (bu da kalori norması dolması üçündür).

Gələk qeyri-ərzaq mallarına, burada qiymət ortalamasının necə götürüldüyü müəyyən edilməyib, amma normalar var:

Palto, və ya üst geyimi – 8 ilə 3 ədəd, ayaqqabı – 4 ilə 6 cüt, corab – 1,5 ilə 7 cüt, yəni 75 günə 1 cüt corab, alt paltarı (tuman-mayka) – 2,5 ilə 9 ədəd, yəni 100 günə ya bir tuman, ya bir mayka.

2015 ci ildə hökumət internet xərclərini də nəzərə alıb, sağ olsunlar, 4 nəfərli ailə üçün gündə 1 saat, yəni hər ailə üzvünə sutka ərzində 15 dəqiqə. Rəqəmlərlə bu gür “rəqs” edərək hökumət həm minimum əmək haqqının, həm də minimum təqaüd və sosial müavinatların məbləğını aşağı götürməyə nail olur”,-deyə ekspert əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!