FSB binası qarşısında keçirilən piketdə saxlanılan "Russia Today" telekanalının jurnalisti İlya Vasyunini 30 günlük həbs gözləyir.
Yenisabah.az "Mk.ru"ya istinadla xəbər verir ki, bir gün əvvəl jurnalistlər Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici media agentləri siyahısına daxil edilmiş "Dojd" telekanalına və "Vajnıye İstorii" ("Əhəmiyyətli Hekayələr") layihəsinə dəstək üçün piket keçiriblər.
Aksiyada 12 nəfər saxlanılıb. pizza mizza
Əvvəllər "Dojd"da işləmiş Vasyunin həmkarlarına dəstək olmağa gəlməyib, əksinə, piketin əleyhinə çıxıb.
Buna görə də aksiyaya "Burada Ukrayna təşkil etməyi dayandırın" yazılan plakatla gəlib. Ancaq o da müxalifləri kimi saxlanılıb.
Eyni zamanda, kütləvi tədbirlərin keçirilməsi qaydalarının pozulması qaydalarını pozmuş iştirakçıların hamısı barədə protokol tərtib edilərək sərbəst buraxılıblar.
İlya Vasyunin isə hədələyici hərəkətlərinə görə 30 gün həbs cəzası alıb.
Telegram kanalımız