Memfis Depayın yeni klubu müəyyənləşib. 30 yaşlı hollandiyalı futbolçu Braziliyanın “Flaminqo” klubu ilə 2 illik müqavilə imzalayıb.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, vinqer ötən sezon çıxış etdiyi “Atletiko Madrid”lə müqaviləsi bitdiyi üçün azad agent kimi Braziliya təmsilçisinə keçib. Depay ötən sezon ispanların heyətində çıxdığı 31 oyunda 8 qol və 2 assistlə yadda qalıb.
Xatırladaq ki, Memfis Depay ölkəsinin “PSV” klubunda yetişib. O, daha öncə “Lion”, “Barselona”, “Mançester Yunayted” və “Atletiko Madrid” kimi klublarda çıxış edib. Dördpendirli pizza
Telegram kanalımız