Hollivud ulduzları Floydun dəfn mərasiminə qatıldılar

saytların hazırlanması

Evə çatdırılma

Hollivud ulduzları Floydun dəfn mərasiminə qatıldılar

Şou

10 İyun 2020 16:41 1289


ABŞ-da irqçi polisin qurbanı olan Corc Floydun dəfn mərasimində iki məşhur aktyor - Çenninq Tatum və Ceymi Foks iştirak edib. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, küçələrdə etiraz aksiyasına qatılan Tatum ilə İnstaqram hesabında “Black Lives Matter” həştəqi ilə paylaşımlar edən C.Foks “The Fountain of Praise” kilsəsindəki mərasimə maskada qatılıblar. 

Qeyd edək ki, ABŞ-da Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyalarına bir çox məşhurlar qoşulub. Ulduzlar “Ədalət yoxdursa, sülh də yoxdur” şüarı ilə keçirilən aksiyalarda aktiv iştirak ediblər.  Dördpendirli pizza

Xatırladaq ki, mayın 25-də qaradərili Corc Floyd saxta əskinaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda asayiş keşikçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxaraq öldürməsi aydın görünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!