Hollivudun ən bahalı aktyorlarının siyahısı yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Hollivudun ən bahalı aktyorlarının siyahısı yayıldı

Şou

20 Avqust 2021 12:09 1189


“Variety” nəşri Hollivudun ən bahalı aktyorlarının siyahısını yayıb.

Yenisabah. az xəbər verir ki, siyahıda ilk yeri Daniel Kreyq tutur.

O, Rayan Consun “Bıçaqları çıxarın” filminin iki hissəsinə çəkildiyinə görə 100 milyon dollar qonorar alıb. Sezar pizza

İkinci yerdə Dueyn Consonun adı gəlir.

Aktyor “Qırmızı vahid” komediyasına görə 50 milyon dollar alacaq.

Siyahıda üçüncü pilləni Uill Smitlə Denzl Vaşinqton bölüşür.

Hər iki aktyorun 2021-ci ildəki qonorarı 40 milyon dollar təşkil edib.

İlk onluğa Leonardo Di Kaprio, Mark Uolberq, Cenifer Lourens, Culiya Roberts, Sandra Ballok və Rayan Hoslinq daxildir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!