Honda “Neftçi”dən gedir? - Klubdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Honda “Neftçi”dən gedir? - Klubdan açıqlama

İdman

21 May 2021 11:16 1787


Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin bir neçə futbolçusu ilə müqaviləsi başa çatır.

Yenisabah.az xəbər verir ki, bu abrədə qol.az-a çıqlama verən paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib ki, sabah klubun Müşahidə Şurasının iclası keçiriləcək və bundan sonra sözləşməsi başa çatan futbolçularla bağlı qərar veriləcək.

O, ötən gün “Qarabağ”la oyundan sonra yaponiyalı futbolçu Keysuke Hondanın komandadan ayrılacağı ilə bağlı verdiyi açıqlamasına da aydınlıq gətirib: “Tək Honda yox, bir çox oyunçunun sözləşməsi bitib. Honda bunu özü açıqlamasında da bildirib. Hələlik müqaviləsi bitən oyunçularla danışıqlar olmayıb. Sabah klubun Müşahidə Şurasının iclası keçiriləcək. Orada bütün məsələlər müzakirə olunacaq. Yeni hədəflər qoyulacaq, büdcə müəyyənləşdiriləcək. Bundan sonra baş məşqçi ilə danışılacaq ki, hansı futbolçunun getməsini, hansının qalmasını istəyir. Samir Abasov komandada qalmasını istəsə, onunla danışacağıq. Kimləri də istəməsə, onlarla sağollaşacağıq. Məsələn, biz bu dəqiqə deyə bilmərik ki, Anton Krivotsyuk qalacaq, yoxsa yox. Onun da müqaviləsi bitib”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!