Honda: “Neftçi“yə pula görə gəlməmişəm“

saytların hazırlanması

Evə çatdırılma

Honda: “Neftçi“yə pula görə gəlməmişəm“

İdman

29 Mart 2021 15:11 581


“Yeni çağırış axtarırdım və Bakını seçdim. Mənə oynamaq lazım idi. Biz çempion olmağa çalışırıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Keysuke Honda “La Gazetta dello Sport”a müsahibəsində deyib.

“Neftçi”yə keçidi haqda danışan Yaponiya millisinin keçmiş üzvü paytaxt təmsilçisinə pul və ya karyera üçün gəlmədiyini bildirib: “Mənə özümü göstərmək üçün həmişə yeni stimullar lazımdır. Bu, karyera məsələsi deyil. Karyera barədə gənc ikən düşünürdüm. Pul məsələsi də deyil. Mən yalnız öz ehtirasım, futbol arxasınca düşmüşəm. pizza mizza

Çoxları "Keysuke qurtarıb" deyir. Mən yalnız problemlər barədə düşünür və sevdiyim işi görürəm. Bu gün Bakıdayam, sabah isə kim bilir harada”.(report)

Xatırladaq ki, 36 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə mövümün sonuna qədər müqavilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!