Hondanın gəlişi “Neftçi“də nəyi dəyişəcək? - Təcrübəli məşqçi danışdı

saytların hazırlanması

Evə çatdırılma

Hondanın gəlişi “Neftçi“də nəyi dəyişəcək? - Təcrübəli məşqçi danışdı

İdman

11 Mart 2021 16:44 792


"Hazırda çempionluq mübarizəsi haqqında konkret söz demək çətindir".

Yenisabah.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Bakı"nın keçmiş baş məşqçisi Novruz Əzimov deyib.

Təcrübəli mütəxəssis Keysuke Hondanın "Neftçi"yə transferini yüksək dəyərləndirsə də, "Qarabağ"ın çempionluq şanslarının daha yüksək olduğunu düşünür: Dördpendirli pizza

"Hondanın gözlənilən gəlişi ilə "Neftçi"nin oyunu da müsbət mənada dəyişiləcək. Məncə, komandaya güc qatacaq. Hansı formadadır bilmirəm, ancaq təcrübəli futbolçudur.

Ümumilikdə "Neftçi"nin də şansları var. Amma düşünürəm ki, üstünlük "Qarabağ"dadır. Çünki Qurban Qurbanovun komandası oturuşub. Həm elə fikirləşirəm ki, orda olan ab-hava çempionluq üçün daha münbitdir. "Qarabağ"a nisbətən "Neftçi"nin psixoloji durumu aşağıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!