Honkonqda yanğın zamanı ölən şəxslərin ailələrinə bu qədər pul ödəniləcək

saytların hazırlanması

Evə çatdırılma

Honkonqda yanğın zamanı ölən şəxslərin ailələrinə bu qədər pul ödəniləcək

Dünya

28 Noyabr 2025 20:26 731


Honkonq hakimiyyəti yaşayış kompleksində baş vermiş yanğında həlak olanların ailələrinə və xəsarət alanlara kompensasiya ödəyəcək.

"Report"un məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) xəbər verib.

Məlumata əsasən, həlak olan hər bir şəxsin ailəsinə 200 min Honkonq dolları (25,7 min ABŞ dolları) ödəniləcək, həmçinin dəfn mərasiminin keçirilməsi üçün dövlət dəstəyi göstəriləcək. pizza

Bu hadisədə xəsarət alan hər kəsə isə əvvəlcədən vəd edilən 10 min Honkonq dollarına (1,3 min ABŞ dolları) əlavə olaraq 50 min Honkonq dolları (6,4 min ABŞ dolları) məbləğində müavinət veriləcək.

Bütün zərərçəkənlər pulsuz müvəqqəti mənzillə təmin olunacaq.

Xatırladaq ki, son məlumata görə, Honkonqdakı yaşayış kompleksində yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. 76 nəfər, o cümlədən 11 yanğınsöndürən xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!