Honkonqda yanğında ölənlərin sayı 146 nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Honkonqda yanğında ölənlərin sayı 146 nəfərə çatdı

Dünya

30 Noyabr 2025 14:23 566


Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 146-ya yüksəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "South China Morning Post" agentliyi şəhərin polis idarəsinə istinadla məlumat yayıb.

Bundan əvvəl 128 nəfərin öldüyü bildirilirdi. Sezar pizza

Qeyd olunub ki, son iki gündə hadisə yerində 30 cəsəd tapılıb, lakin onların sayının artacağı gözlənilir. Bundan başqa 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.

Xatırladaq ki, noyabrın 26-da günortadan sonra Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!