Horovluya köçən 37 ailəyə evlərinin açarları təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Horovluya köçən 37 ailəyə evlərinin açarları təqdim olundu

Sosial

18 Noyabr 2025 14:02 341


Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

"Yeni Sabah" xəbər verir ki, Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. 

Bu mərhələdə Horovlu kəndinə 37 ailə olmaqla, 160 nəfər köçürülüb. Onlar müxtəlif ərazilərdə yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!