“Hörümçək toru”na ilyarım hazırlıq görülüb - Malyuk

saytların hazırlanması

Evə çatdırılma

“Hörümçək toru”na ilyarım hazırlıq görülüb - Malyuk

Dünya

02 İyun 2025 15:26 252


PUA zərbələri nəticəsində 41 təyyarə, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub.

Yenisabah.az “Unian“a istinadla xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general-leytenant Vasiliy Malyuk bildirib.

O, “Pautina” ("Hörümçək toru") xüsusi əməliyyatını hazırlayan işçi qrupuna rəhbərlik edib. Pepperoni pizza

Malyukun sözlərinə görə, "Pautina"ya bir il yarımdan çox hazırlıq görülüb. 

Xüsusi əməliyyatı eyni vaxtda 3 saat qurşağında baş verib və logistik baxımdan çox mürəkkəb olub: “Beləliklə, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya əvvəlcə FPV dronları göndərib, sonra isə mobil taxta evlər gətirilib. Artıq Rusiyanın ərazisində dronlar yük avtomobillərinə yüklənmiş evlərin damları altında gizlədilib. Lazımı məqam yetişəndə evlərin damı məsafədən idarəetmə ilə açılıb və dronlar Rusiya bombardmançı təyyarələrini məhv etmək üçün uçublar”.

Malyuk qeyd edib ki, dronlar dərhal Rusiya Federasiyasının 4 hərbi aerodromunda – “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo”da hədəflər üzərində işləyib və plan sayəsində düşmən aviasiyasının əksəriyyəyini eyni anda vurmaq mümkün olub:

Onun sözlərinə görə, düşmənin vurulmuş strateji aviasiyasının dəyəri təxminən 7 milyard ABŞ dollarından çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!