Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı rayonu Hovsan qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirib.
“Yeni Sabah” xəbər verir ki, qeyri-iş günü və havanın çox isti olmasına baxmayaraq yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə E. Əzizovla yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, paytaxtın və Suraxanı rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini dinləyiblər.
Sakinlərin böyük fəallığı və ənənəvi “Açıq mikrofon” formatında ilə keçən görüşdə çıxış edən Hövsan sakinləri Bakı şəhərində, eyni zamanda, Hövsan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, onun həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər. Dördpendirli pizza
Görüşdə söz alan qəsəbə sakini Kəmaləddin Qədimov qəsəbənin sosial-iqtisadi inkişafindakı xidmətlərinə, bürada təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və təmirinə göstərdiyi diqqət və qayğıya görə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib və Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş iştirakçıları bu təbrikə qoşularaq alqışlayıblar.
Təbrikə qoşulan Eldar Əzizov deyib: “Bizim tariximiz şox qədim və zəngindir, minillikkləri əhatə edir. Mehriban xanım Azərbaycanın çoxəsrlik tarixində yer tutan ən görkəmli xanımlardan biridir. O, özünün çoxşaxəlı fəaliyyəti ilə ölkəmizdə və Şərq aləmində yeni siyasi mədəniyyəti təsdiq edib”.
Eldar Əzizov qeyd edib ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. O, vurğulayıb ki, Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır. Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan Eldar Əzizov buna bariz nümunə olduğunu qeyd edərək bildirib ki, “Dövlət başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.
Görüşdə 31 nəfər sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.
Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəb üçün əlavə tədris korpusunun tikintisi və s. olub.
Bütün müraciət və təkliflər nəzarətə götürülüb.
Telegram kanalımız