Hövsanda evdən 2 min manatlıq samovarlar oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Hövsanda evdən 2 min manatlıq samovarlar oğurlandı

Kriminal

22 Yanvar 2022 11:59 18689


Hövsanda 2 000 manatlıq samovarlar oğurlanıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə yanvarın 20-də Hövsan qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2000 manat dəyərində 3 ədəd samovarın oğurlanması barədə məlumat daxil olub. pizza hut

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Vəlizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 1500 manat dəyərində məişət əşyaları, bir həyətyanı sahədən isə 1400 manat dəyərində təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!