Hövsanda partlayış: Xəsarət alan şəxsin vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Hövsanda partlayış: Xəsarət alan şəxsin vəziyyəti ağırdır

Sosial

22 Aprel 2025 10:25 222


Hövsanda partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.

Təcili tibbi yardım briqadası tərəfindən 24 yaşlı (kişi cinsli) şəxs üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. pizza hut

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!