Hovuzda qadınların görüntüsünü ictimailəşdirərərək xoşagəlməz ifadələr işlədən şəxsin 20 sutka həbs olunması cəmiyyətin bəzi kəsimində təqdirlə qarşılansa da, bəzilərində şəxlərə qarşı-ayrıseçkilik kimi qiymətləndirilib. İkincilərin idiasına görə, indiyə qədər belə hörmətsizlik edən şəxslərin bəziləri nəinki həbs olunmayıb, heç üzr də istədilməyib. Bir müddət öncə kasıblara istinad edərək onları aşağılayan şəxs barəsində də yalnız üzr videosu yayılmışdı.
“Yeni Sabah” bununla bağlı hüquqşünasların fikirlərini öyrənib.
“Şəxsin əməlinə uyğun hüquqi məsuliyyətin növləri var. Hovuzda qadınların görüntülərini yayaraq xoşagəlməz ifadələr işlədən gəncə inzibati məsuliyyətlə həbs verilib”. Dördpendirli pizza
Bunu hüquqşünas Şəmsəddin Əliyev deyib:
"Məhkəmə sosial ədalətin bərpası baxımından həbs qəti imkan tədbirini tətbiq edib. İctimai yerdə o şəkildə davranılması əməli hörmətsizlik kimi tövsif olunub. Hakim gəncə xəbərdarlıq da edə bilərdi. Görünür, bu məsələləri hakim daha yaxşı bilir. Bunu böyütmək lazım deyil. Narazılıq varsa, apellyasiya məhkəməsinə müraciət edilə bilər. Hakimin hüquqi düşüncəsi var. Biz hakimin qərarını şübhə altına ala bilmərik. Hüquqi incəlik budur ki, bilmədiyimiz şeyi söyləmək bizə baha başa gələ bilər. Bu qərarı hüquqi dövlətin anlamına zidd qəbul etmirəm".
Hüquqşünas-politoloq Xəyal Bəşirli isə bildirib ki, şəxsin törətdiyi əməl ictimai münasibətlərə xələl gətirirsə ,barəsində həbs-qətiimkan tədbiri seçilə bilər:
“Konkret adlar çəkilməsə belə, kütləvi şəkildə təhqiri özündə əks etdirən məlumatların paylaşılması qanuni məsuliyyət yaradır. Qanunvericilikdə şəxs əgər, öz törətdiyi əməllə, atdığı addımla ictimai münasibətlərə xələl gətirirsə, barəsində həbs qətiimkan tədbiri seçilir. Çünki burada ümumilikdə cəmiyyətə qarşı hörmətsizlik var. Bu cür cəza növləri həm onun özünün islah olunması, həm də gələcəkdə digərlərinin bu kimi əməllərdən çəkinməsi üçün mövcuddur. Qanunvericilikdə nəzərdə tutulmuş qanuna zidd addımların atılmasına görə həbs nəzərdə tutulduğun üşün bu qərarı qanunauyğun hesab edirəm.
Bir şəxsin bir neçə gün həbsdə qalması cəmyyət üçün faciə sayılmamalıdır. Əksinə, onun atdığı bu addım cəmiyyətə gələcəkdə kkütləvi hal ala biləcəyi üçün faciə sayıla bilər.
“Çəkilin, kasıblar” məsələsində “kasıb”, “yetim” sözlər kinayəli şəkildə deyilsə də, qanunla təhqir hesab olunmur. O sözlərin qrammatik mənaları var. Ona görə də onun barəsində hər hansı bir məsuliyyət tədbiri görülməyib. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Əgər, orada təhqir olsaydı, məsuliyyətə səbəb ola bilərdi. Onlar qanunvericiliyə görə təhqir və ya digər hüquq pozuntusu yaradan ifadələr deyil. O şəxsin işlətdiyi bu ifadələr cəmiyyətdə ikrah doğurduğu üçün üzristədilmə oldu.
İnsanların üzr istədilməsi məsuliyyətdən azad edilməsi demək deyil. Qanunvericilikdə üzristədilmə qeyri-rəsmi olaraq insanların təpkisinin qarşısının almaq üçün atılmış addımdır. Bununla bağlı məcburi və ya icbari norma yoxdur.
Bir sıra hallarda insanlar üzristədilməni cəza kimi başa düşür. Sadəcə cəmiyyətdə yaranmış hiddətin. qəzəbin qarşısını almaq, insanların içində formalaşan qəzəbi söndürmək üçün bu addım atılır. Bu, o insanın məsuliyyətdən azad edilməsi demək deyil”.
İmamət İSMAYILOVA
Telegram kanalımız