Hraparak: Paşinyan bu həftə sonu kilsəyə hücum edəcək

saytların hazırlanması

Evə çatdırılma

Hraparak: Paşinyan bu həftə sonu kilsəyə hücum edəcək

Dünya

24 İyul 2025 16:24 423


Ermənistan Baş naziri Paşinyan kilsə ilə mübarizə ideyasından əl çəkmir.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzetinin yazdığına görə, o, dünən paylaşdığı növbəti yazısında Katolikosluğun “azad olunması” planını ətraflı şəkildə təqdim edib.

Plana əsasən, hazırkı Katolikos vəzifədən uzaqlaşdırıldıqdan sonra yeni Katolikos seçilməyəcək, onun əvəzinə vikar təyin olunacaq. Yeni Katolikos isə yalnız o zaman seçiləcək ki, “Erməni Apostol Müqəddəs Kilsəsinin Kanonu” “erməni kanonik kitabı” əsasında təsdiq olunsun. Toyuqlu pizza

Bu isə kilsənin başsız buraxılması və uzun illər ərzində ruhani rəhbərsiz qalması deməkdir.

İlkin məlumatlara görə, Paşinyan hücum tarixini 27 iyul şənbə gününə təyin edib.

Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!