Hulusi Akar yeni sərhəd əməliyyatının anonsunu verdi

saytların hazırlanması

Evə çatdırılma

Hulusi Akar yeni sərhəd əməliyyatının anonsunu verdi

Rəsmi

10 İyul 2022 14:20 1092


Türkiyə istədiyi vaxt Suriyanın şimalında yeni sərhəd əməliyyatına başlayacaq.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Prezident əməliyyatın bir gecə gözlənilmədən başlayacağını söyləyib. Bu, taktiki və strateji məsələdir, bununla bağlı lazımi məsləhətləşmələr aparılır, lazımi planlar hazırlanıb, müvafiq işlər görülüb”, - nazir bildirib. Dominos pizza

O qeyd edib ki, NATO-nun iyunun 28-30-da keçirilən sammitində Türkiyənin alyansdakı müttəfiqlərindən heç biri onu Suriyadakı əməliyyatın ləğvi və ya təxirə salınmasının zəruriliyinə inandırmağa çalışmayıb.

Türkiyə hakimiyyəti daha əvvəl Silahlı Qüvvələrin Suriyanın şimalında yeni əməliyyata tam hazır olduğunu bildirib.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!