“Human Rayts“dan həzaralarla bağlı həyəcan təbili - Etnik təmizləmə

saytların hazırlanması

Evə çatdırılma

“Human Rayts“dan həzaralarla bağlı həyəcan təbili - Etnik təmizləmə

Dünya

22 Oktyabr 2021 15:12 708


Beynəlxalq "Human Rights Watch" (HRW) təşkilatı “Talibanı” yüzlərlə şiə həzara ailəsini “kollektiv şəkildə cəzalandırmaqda”, o cümlədən onların torpaqlarını və evlərini müsadirə etməkdə və onları başqa ərazilərə köçürməkdə ittiham edir.

Yenisabah.az bildirir ki, bu barədə təşkilatın saytında qeyd olunub.

Məlumatda qeyd olunur ki, hazırkı sünni radikal qruplarının hədəfi əvvəlki Əfqanıstan hökuməti dövründə müxtəlif dövlət xidmətlərində olmuş həzarlardır. pizza

Ekstremist sünni qruplaşması olan “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra şiə həzaralara və digər etnik qruplara evlərini və torpaqlarını tərk etməyi əmr edib.

Qeyd edək ki, hazırda Əfqanıstanda həzəralarla yanaşı, soy kökləri Azərbaycan türklərinə qədər gedib, çıxan qızılbaş türkləri də yaşayırlar. Onlar da öz növbəsində “Taliban” zülmündən əziyyət çəkirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!