“Humanitar atəşkəsi pozmaq Ermənistanın terrorçu mahiyyətini göstərir”   - Türkiyə KİV-ləri

saytların hazırlanması

Evə çatdırılma

“Humanitar atəşkəsi pozmaq Ermənistanın terrorçu mahiyyətini göstərir” - Türkiyə KİV-ləri

Dünya

11 Oktyabr 2020 11:37 895


Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini, dinc əhalini atəşə tutması barədə məlumatlar yayır.

Yenisabah.az xəbər verir ki, Türkiyə KİV-ləri bildirir ki, cəbhədəki məğlubiyyətlə barışmayan Ermənistan azğınlıq edərək günahsız insanları hədəfə alıb. Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandalizm həyata keçirirlər. Oktyabrın 11-də gecə Gəncədə yaşayış binasının hədəf alınması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktıdır.

Məlumatları Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Glabal, Büngü TV, CNN Türk telekanalları, habelə “Akşam”, “Milliyət”, “Sabah”, “Sözçü”, “Yeni çağ” və s. qəzetləri yayıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!