“Hüquqlarınız dövlət tərəfindən qorunacaq” – İcra başçısı “Diqlas” sahibkarlarına müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

“Hüquqlarınız dövlət tərəfindən qorunacaq” – İcra başçısı “Diqlas” sahibkarlarına müraciət etdi

Sosial

27 Mart 2019 17:19 947


Bu gün Nizami rayon icra hakimiyyətinin rəsmi şəxsləri "Diqlas” TM-də malları yanan sahibkarları qəbul edib. 

“Yeni Sabah”ın məlumatına görə, görüş zamanı şikayətlər dinlənilib. İcra başçısı Arif Qasımov qeyd edib ki, “Diqlas”dakı yanğınla bağlı araşdırmalardan sonra yekun qərar veriləcək:

“Sizin hüquqlarınız dövlət tərəfindən qorunacaq. Biz sizi müdafiə edəcəyik. İstintaqla bağlı gedişat izlənəcək və məlumat veriləcək. Bu ərəfədə hüquqlarınızın tapdalanmamasına zəmanət veririk. Lakin pulunuza görə dövlət sizə zəmanət verə bilmir, çünki araşdırmalar gedir. Bu dəqiqə sizə pul verəcəyimizlə bağlı nəsə deyə bilmirəm”. Dördpendirli pizza

İcra baçısı sahibkarların  “Bizi yola verməyin” sözlərini belə cavablandırıb:

“Tələbləriniz qəbul olundu və yola vermək məsələsi heç zaman olmayacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!