Hüquqşünasdan ağır sözlər:   “Ölkədə geyləşmə prosesi gedir...”

saytların hazırlanması

Evə çatdırılma

Hüquqşünasdan ağır sözlər: “Ölkədə geyləşmə prosesi gedir...”

Sosial

09 İyul 2025 11:49 449


“Ölkədə kütləvi şəkildə "gey"ləşmə prosesi gedir. Fikir verirəm ki, bütün televiziya kanalları, azdan-çoxdan izləyici kütləsi olan şəxslər bu cür insanları təbliğ edir. Bu geylər bahalı həyat, maşınlar, səhayətlər və s. həyatlarını nümayiş etdirir və çoxu da onlara alqış deyir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri dedektiv yazıçı və hüquqşünas Müşfiq Abbasov deyib.

O, bildirib ki, bu "gey"ləşmənin ən böyük səbəblərindən biri orta məktəblərdə kişi müəllimlərin olmamasıdır: Dördpendirli pizza

“Məsələn, mənim anadan olduğum Tovuz rayonunun Əyyublu kəndindəki 4 məktəbdə üst-üstə 250-dən çox müəllim var, onun cəmi 15-i kişidir. Artıq kişi müəllimlər abır-həya edib müəllimlər otağına da girmirlər, çünki bir-iki kişi 50 qadın müəllim arasında neynəsin? Bax, Təhsil Nazirliyi bunu düşünməli və yollar axtarmalıdır. Oğlan uşaqları da qadın müəllimlər arasında kişi kimi yetişə bilmirlər”.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!