“Möhtəşəm Yüzyıl” serialı ilə dünyada məşhurlaşan aktrisa Məryəm Üzərli ikinci dəfə ana olacaq.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib.
5 aydır hamiləliyi gizlətməyə çalışan “Hürrəm Sultan” Berlindəki kafelərdən birinin açılışına qatılan zaman paparazzilərə yaxalanıb. Sezar pizza
7 yaşlı qızı Lara ilə Almaniyada yaşayan sənətçi yanvarda ana olacağını bildirib:
“Lara artıq 7 yaşındadır. Uzun müddətdir bacı istəyirdi. Öz ailəmizi qururuq”.
37 yaşlı aktrisa körpənin atasının kimliyi barədə məlumat verməyib.
Telegram kanalımız