Hüseyn Abdullayevdən son xəbər: 1 il 8 ay qalıb…

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn Abdullayevdən son xəbər: 1 il 8 ay qalıb…

Kriminal

16 Avqust 2022 16:22 2065


"Hüseyn Abdullayev hazırda Nərimanov Rayon Məhkəməsinə vaxtından əvvəl azadlığa buraxılması üçün ərizəylə müraciət edib".

Bu sözləri Yenisabah.az-a sabiq deputat Hüseyn Abdullayevin vəkili Vasif Mirzəyev deyib.

Vəkilin sözlərinə görə, vaxtından əvvəl azadlığa çıxmaq üçün bir neçə dəfə ölkə başçısına müraciət olunub və bu müraciəti H. Abdullayev növbəti dəfə təkrarlayıb: pizza mizza

"Bir neçə dəfə ibtidai istintaq, məhkəmə vaxtı, məhkəmədən sonra, ölkə başçısına həm Hüseyn Abdullayevin, həm də anası Zeynəb Abdullayevanın müraciəti olub. Lakin, hələlik müsbət nəticə yoxdur".

Vəkil ölkə başçısına ünvanlanan müraciətlərin digər aidiyyəti qurumlara yönləndirilərək, bu qurumlardan konkret cavablar gəlmədiyini də bildirdi: "Ölkə başçısına ünvanladığımız müraciətlərə Prezidentin adından  cavab gəlməyib, amma müvafiq qurumlara yönləndirilib. Bu qurumlardan da "Məhkəmənin hökmüylə hazırda həbs cəzası çəkir" kimi standart cavablar verilib".

Qeyd edək ki, H. Abdullayev külli miqdarda vergidən yayınnaq ittihamı ilə sabiq deputat 2019-cu ildə həbs olunub və 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsinin 4 il 4 ayını tamamlayıb, 1 il 8 ay qalıb.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!