Hüseyn ikinci dəfə evlənir - Bu dəfə tanınmış aktrisa ilə

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn ikinci dəfə evlənir - Bu dəfə tanınmış aktrisa ilə

Şou

02 Fevral 2021 11:48 1335


Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ikincə dəfə evlənməyə hazırlaşır.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, musiqiçi uzun müddətdir aktrisa Aysel İbrahimova ilə eşq yaşayır. Cütlük hətta öz aralarında nişan da ediblər.

Son günlər Hüseyn və Ayselin sosial şəbəkədəki paylaşımlarda bir-birinin ürək işarəsi qoyması da diqqətdən qaçmayıb. Onlar pandemiyadan sonra toy edəcəklər. Dominos pizza

Bu, həm aktrisanın, həm də Hüseynin ikinci evliliyidir. Belə ki, Hüseyn İnci adlı xanımla ailəli olub. Onun bu nikahdan iki qız övladı var. Cütlük ötən il boşanıb.

Aysel isə müğənni Vüsal Hacıyevin qardaşı ilə ailə qurub və ayrılıb. Onun bir qız övladı var.

Aktrisa tamaşaçılara "Yuxu kimi" serialından tanışdır. Sənətçi Yasəmən obrazını canlandırır. O, eyni zamanda Akademik Opera və Balet Teatrında çalışır. Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!