Hüseyn Süleymanov itkin düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn Süleymanov itkin düşdü - Foto

Hadisə

26 Mart 2024 18:13 917


Salyan rayon sakini itkin düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, 1957-ci il təvəllüdlü Hüseyn İsrafil oğlu Süleymanov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. H.Süleymanovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. pizza hut

Evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) məlumat vermələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!