Hüseynbala Mirələmov danışdı: “Məni qalib etdiyinə görə...”

saytların hazırlanması

Evə çatdırılma

Hüseynbala Mirələmov danışdı: “Məni qalib etdiyinə görə...”

Siyasət

12 Fevral 2020 06:22 1199


“Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ olan parlament seçkiləri başa çatdı. İlk öncə yüksək etimad göstərərək məni partiya siyahısına təqdim etdiyinə görə Yeni Azərbaycan Partiyasının sədri, Respublikamızın Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu 9 fevral seçkilərində qalib elan olunan Hüseynbala Mirələmov deyib. 

O, bildirib: “47.1 faiz səslə məni qalib etdiyinə görə 33 saylı Xətai birinci seçki dairəsinin hər bir seçicilərinə, onların ailələrinə, doğmalarına, əzizlərinə sağlam və xoşbəxt ömür arzulayıram.  Toyuqlu pizza

Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə “ şüarı ilə sizinlə birgə yola çıxdıq və uğur qazandıq. VI çağırış Milli Məclisin deputatı kimi yenidən mənə etimad göstərən hər bir seçicimə, qərargahımızın bütün üzvlərinə, könüllü gənclərə, mənə dəstək olan hər kəsə ürəkdən minnətdaram! 

Bundan sonrakı fəaliyyətimdə də bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm!

Təbliğat-təşviqat kampaniyası ərzində və ümumiyyətlə hər zaman ümumi işimizə dəstək olan, fəaliyyətimizi işıqlandıran bütün mətbuat nümayəndələrinə, jurnalist dostlara da təşəkkürümü bildirirəm!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!